0
Sunday 7 April 2013 - 09:00

ABŞ geri çəkildi

Story Code : 252182
ABŞ geri çəkildi
Pentaqon KXDR-in təhdidlə yanaşı olan bəyanatlarından sonra “Minyutmən 3” qitəarası balistik raketin planlaşdırılmış sınağını təxirə salıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə anonim şərtlərlə ABŞ-ın müdafiə nazirliyinin nümayəndəsi məlumat verib.
 
Onun sözlərinə görə, balistik raketin sınağı gələn həftə Kaliforniya ştatının Vandenberq aviabazasında nəzərdə tutulmuşdu, lakin ABŞ müdafiə naziri Çak Heygel raket testini qeyri müəyyən müddətə təxirə salıb.
Comment