QR CodeQR Code

Səid Cəlili :

İran nüvə tərksilahının bayraqdarıdır

IRIB , 5 May 2010 11:15

İran dünya tərksilahının bayraqdarıdır. İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurasının katibi bu bəyanatla çıxış edib.


İran nüvə tərksilahının bayraqdarıdır. İran İslam Respublikası Milli Təhlükəsizlik Ali Şurasının katibi bu bəyanatla çıxış edib.
İRNA xəbər verir: Səid Cəlili çərşənbə axşamı günü Tehranda ostan tələbələrinin bəsic qüvvələrinin toplantısında bəyan edib ki, bəzi dövlətlər kütləvi qırğın silahlarına malik olmalarına rəğmən İİR-nı günahlandırmağa cəhd göstərirlər. Halbuki bu müsəlman ölkəsi sülhməramlı nüvə enerjisindən istifadə etməyi qarşıya məqsəd qoyub.
Hazırda dünyada minlərlə nüvə başlığına malik ölkələr hələ də nüvə silahlarını genişləndirirlər.
Bunlar İrana bir neçə sentrifuqa istehsal etməyə imkan vermirlər .
İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi vurğulayıb : İran heç zaman bir neçə məlum ölkənin bu ölkəyə qarşı beynəlxalq atmosfer yaratmasının təsiri altına düşməyəcək və onlara təslim olmayacaq.


Story Code: 25220

News Link :
https://www.islamtimes.org/az/news/25220/iran-nüvə-tərksilahının-bayraqdarıdır

Islam Times
  https://www.islamtimes.org