QR CodeQR Code

Seçki qabağı kütləvi etiraz aksiyaları keçiriləcək

8 Apr 2013 11:35

IslamTimes - “İctimai Palata seçkiöncəsi kütləvi etiraz aksiyalarına ciddi hazırlıq görür.”


Bunu Modern.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Gülağa Aslanlı məlumat verib. Bakıda keçirilməsi nəzərdə tutulan aksiyalarla bağlı müzakirələrin aparıldığını deyən İP nümayəndəsi yaxın günlərdə bu haqda açıqlama verəcəklərini bildirib.
 
“Kütləvi aksiyalarla bağlı müzakirələrimiz davam edir. Aksiyanın nə zaman və harada keçirilməsi haqda bu günlərdə açıqlama verəcəyik. Bu istiqamətdə biz geniş fikir mübadiləsi aparırıq. Hələlik aksiyanın günü barədə konkret qərar qəbul olunmayıb. Amma aksiya bu ay keçiriləcək”.
 
G.Aslanlı həmçinin qeyd edib ki, seçkiöncəsi İctimai Palata tərəfindən daha böyük aksiyalar təşkil olunacaq.


Story Code: 252515

News Link :
https://www.islamtimes.org/az/news/252515/seçki-qabağı-kütləvi-etiraz-aksiyaları-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org