0
Thursday 6 May 2010 - 12:48
prezident Mahmud Əhmədinejad :

İran nüvə texnologiyasına malik ölkədir

Story Code : 25289
İran nüvə texnologiyasına malik ölkədir
İranın dövlət başçısı bildirib ki, İran nüvə texnologiyasına malik bir ölkə olsa da, nüvə enerjisindən atom bombasının düzəldilməsi üçün istifadəni rəva bilmir.
Bu barədə xəbəri İranın Mərkəzi İnformasiya Agentliyi bildirib.
İran prezidenti Mahmud Əhmədinejad Nyu-Yorkda keçirdiyi mətbuat konfransında qeyd edib: İİR nüvə enerjisindən sülhməramlı hədəflər, o cümlədən elektrik enerjisinin istehsalı, aqrar və tibb işlərində istifadə etmək qabiliyyətinə malikdir. Ancaq eyni halda bu enerjidən atom bombası düzəltmək barədə düşünmür.
"İran sanksiyanı müsbət qarşılamır. Ancaq bu barədə də nigarançılıq keçirmir" deyən İran prezidenti ABŞ prezidenti Barak Obamanın vədlərinə toxunaraq deyib: Cənab Obama dəyişikliklərin edilməsini vəd etmişdi. Biz də bu əsaslı dəyişikliklərin edilməsini gözləyirik. Eyni halda onu İranın əleyhinə addımlar atmağa məcbur etməyə cəhdlərin edilməsinə inanırıq.
İran prezidenti habelə beynəlxalq təşkilatların strukturlarının yaxşılaşdırılmasına dair rəsmi Tehranın səylərinə işarə edərək Nüvə Silahlarının Yayılmamasına Dair Sazişə düzəlişin edilməsi zərurətini vacib sayıb.
O özünün bu fikirlərinə aydınlıq gətirərək deyib: Ölkələrin hamısı NPT sazişinə dair iclasda iştirak etməli və bu ölkələrin hamısının ona sadiq qalıb, riayət etdiyi təqdirdə hamının mənafeyi təmin olunacaq.
İran dövlətinin başçısı İİR-nin nüvə mövqeyinin himayəsinə dair yayılan müxtəlif bəyanatlar, o cümlədən Bloklara Qoşulmayan Ölkələr Hərəkatı və İslam Konfransı Təşkilatının himayə xarakterli bəyanatlarını diqqətə çatdıraraq deyib: BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinə verilən veto hüququ əslində bir növ ümumi ədalətsizlikdir və tarazlığı alt-üst edib.
İİR-nin prezidenti xatırladıb: Biz Təhlükəsizlik Şurasının demokratik xarakter qəbul etməsinə tərəfdarlıq edirik. Halbuki üzv ölkələrin bəzisi, öz baxış və ideyalarını Təhlükəsizlik Şurasına qəbul etdirirlər.
Mahmud Əhmədinejad habelə Sionist rejimin son 60 il ərzində məzlum Fələstin xalqına qarşı törətdiyi cinayətlərinə işarə edərək Fələstin məsələsinin həlli sahəsindəki səyləri diqqəti çatdıraraq vurğulayıb: Sakinlərin hamısının iştirakı ilə azad referendumun keçirilməsinə imkanın yaradılması ilə məzlum Fələstin xalqına özlərinin gələcək müqəddəratını təyin etmələri üçün imkan yaradılmalıdır.
Source : IRIB
Comment