QR CodeQR Code

ABŞ "Əl Qaidə"ni Suriyada hakimiyyətə gətirmək istəyir

10 Apr 2013 07:05

IslamTimes - “Əl Qaidə”nin İraq bölməsi “Nüsrə Cəbhəsi” qruplaşmasının şəbəkəyə daxil olduğunu və Suriyadakı münaqişədə üsyançıların tərəfində iştirak etdiyini ilk dəfə bəyan edib.


APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, “Əl Qaidə”yə daxil olan “İraq İslam Dövləti” qruplaşmasının lideri bəyan edib ki, “Nüsrə Cəbhəsi” Suriyada islam dövlətinin qurulması uğrunda mübarizə aparır və gələcəkdə hər iki qruplaşma birləşərək “İraqda və Levantedə İslam Dövləti” təşkilatı yaratmaq niyyətindədir.

O əlavə edib ki, “Nüsrə Cəbhəsi”nin lideri Əbu Məhəmməd Qolani əvvəllər İraqda fəaliyyət göstərib. Bu bəyanat “Əl Qaidə” nümayəndələrinin Suriyadakı münaqişədə iştirakı barədə məlumatları bir daha təsdiqləyir.   


Story Code: 253045

News Link :
https://www.islamtimes.org/az/news/253045/abş-əl-qaidə-ni-suriyada-hakimiyyətə-gətirmək-istəyir

Islam Times
  https://www.islamtimes.org