QR CodeQR Code

“Qərb İranı nüvə ölkəsi olaraq qeyri-rəsmi şəkildə tanıdı”

10 Apr 2013 15:30

IslamTimes - Aviqdor Liberman: “Almatıda İranla “altılıq” ölkələri arasında keçirilən son müzakirələrdə Qərb İranı nüvə ölkəsi olaraq qeyri-rəsmi şəkildə tanıdı”.


APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İsrailin sabiq  xarici işlər naziri Aviqdor Liberman  “facebook” səhifəsində yazıb.
 
O bildirib ki, super güclərlə İrana arasında keçirilən son görüşün nəticəsi Qərbin nüvə İranını qeyri-rəsmi şəkildə tanıdığını göstərir: “Necə ki, onlar daha öncə Şimali Koreyanı nüvə ölkəsi kimi, yaxud da Çexoslovakiyanın Hitler tərəfindən işğalını qəbul etmişdilər. İranın qeyri-rəsmi şəkildə tanınması o deməkdir ki, Tehran  bu ilin sonunadək nüvə bombası istehsal edə biləcək”.


Story Code: 253202

News Link :
https://www.islamtimes.org/az/news/253202/qərb-iranı-nüvə-ölkəsi-olaraq-qeyri-rəsmi-şəkildə-tanıdı

Islam Times
  https://www.islamtimes.org