0
Thursday 11 April 2013 - 21:00

İsrail Əsədə qarşı əl Qaidə terror qruplaşmasından istifadə edir

Story Code : 253535
İsrail Əsədə qarşı əl Qaidə terror qruplaşmasından istifadə edir
İsrail Əsədə qarşı əl Qaidə terror qruplaşmasından istifadə edir
Islam times.org/az/ - İsrailin Yedios Ahrnos qəzetinə müsahibə verən İsrail müdafiə nazirliyinin diplomatik təhlükəsizlik bürosunun rəhbəri Amos Gilad deyib ki, Suriyada vəziyyətin pisləşməsi əl Qaidə kimi qrupun ərəb ölkəsində formalaşmasına səbəb olub. O həmçinin deyib ki, Əsəd “şər qüvvələrin bir oxu” olduğu üçün İsrail onu dəstəkləyə bilməz, əksinə onun devrilməsində bütün vasitələrdən istifadə edəcək.

Sionistlərin Türkiyə ilə münasibətlərinə toxunan Gilad deyib ki, hər iki tərəf arasında münaibətlərin normallaşdırılması çox mühümdür, çünki ortada İranın nüvə enerji proqramı var.

Gilad müsahibəsi zamanı həmçinin deyib: “Türkiyə İran və yaxud farslar ilə 1000 ildən artıqdır ki, düşməndir, bu səbəbdən də Türkiyə İrana nüvə silahına sahib olmağa imkan verə bilməz. Türkiyə İranın nüvə silahı əldə etməsinə razılıq verə bilməz.”

İsrail rəsmisi daha sonra deyib ki, əgər İsrailin Türkiyə ilə əlaqələri əvvəlki vəziyyətinə qayıtmasa belə bu razılıq iki ölkə arasında olan münasibətlərin pisləşmə vəziyyətini dayandırıb.
Source : İslamtimes
Comment