0
Friday 12 April 2013 - 11:54

Bəhreyndə xalq qiyamı genişlənir

Story Code : 253611
Bəhreyndə xalq qiyamı genişlənir
Livanın Əl-Minar kanalı Bəhreyndəki milli Əl-Vifaq islam cəmiyyətinin nümayəndəsi Tahir Musaya istinadən xəbər verir: Bəhreyndə xalqın siyasi və hüquqi zəmində etirazları cümə günü aprelin 12-dən ” Demokratiya haqqımızdır ” şüarı altında şiddətləndiriləcək.
 
Onun sözlərinə görə, Tahir Musa deyib ki , Bəhreynin müxtəlif bölgələrində dinc aksiyalar keçiriləcək və bu aksiyalarda demokratiyanın bərqərarına, eləcə də ədalətli sistemin qurulmasına təkid olunacaq.
 
Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı qiyam 2011-ci ilin fevral ayında başlanıb və repressiyalara baxmayaraq xalq ədalət uğrunda mübarizəsini davam etdirir. /QafqazNews/
Comment