0
Friday 12 April 2013 - 23:59

Arif Yunus: “İslamçıların həbsi Qərb üçün hesablanıb”

Story Code : 253778
Arif Yunus
Arif Yunus
Bu sözləri FaktXeber.com-a politoloq Arif Yunus Qərb rəsmilərinin son zamanlar Azərbaycanda baş verən kobud hüquq pozuntularını susqunluqla qarşılamasına aydınlıq gətirərkən söyləyib. Politoloq qeyd etdi ki, “Human Right Watch”, “Amnesty İnternatioal” kim təşkilatlar həmişə Azərbaycan hökumətinin mövqeyini nəzərə almadan öz sözlərini deyirlər: “Digər qurumlar isə Azərbaycan hökuməti ilə hər hansı bir formada iş apardıqlarına görə susurlar və ya yaşanan neqativ hallara reaksiya vermirlər. Deməzdim ki, ciddi reaksiya da yoxdur. Lakin bizim istəyimiz budur ki, daha da ciddi olsun. Onu da nəzərə almalıyıq ki, Azərbaycan cəmiyyəti də proseslərdə ciddi iştirak eləmir. İnsan haqları ilə bağlı bəzi “hüquq müdafiəçiləri” hökumətin mövqeyini müdafiə edirlərsə, buna beynəlxalq təşkilatlar nə etsin. Həmin hüquq müdafiəçiləri haqsız yerə həbs edilən islamçıları təhlükəli bir qüvvə və ya İranın casusu kimi göstərməyə çalışırlar. Halbuki bu belə deyil. Ştrasserin məruzəsinin qəbul edilməməsi ilə bütün Azərbaycan cəmiyyətinə vurulan zərbə ümumilikdə, həmin “hüquq müdafiəçilərinin” səyinin nəticəsi idi.”

Politoloq onu da bildirdi ki, biz bəzi vaxtlar özümüzü həddən artıq şişirdirik: “Sanki Azərbaycan böyük bir dövlətdir və dünyada gedən proseslərdə böyük bir rolu var. Halbuki, dünya üçün İran, Suriya faktoru və Yaxın Şərqdə gedən proseslər daha mühümdür. Azərbaycana isə daha çox Cənubi Qafqaz da gedən proseslərin tərkib hissəsi kimi baxırlar. Başa düşməliyik ki, Azərbaycan dünya miqyasında o qədər də böyük rol oynamır.”

Hakimiyyətin bəzi vaxtlar islam faktorundan Qərbə qarşı bir oyun kimi istifadə etdiyini bildirən Arif bəy, “qərb tərəfindən hakimiyyətə qarşı təzyiqlər olan kimi, dərhal islamçıları təhlükə kimi göstərməyə çalışırlar. İnandırmağa çalışırlar ki, Azərbaycanda Rusiya və İran təhlükəsi var”, – deyə bildirdi.
Source : Faktxeber
Comment