QR CodeQR Code

Rusiyada kino və ədəbiyyatda da söyüş qadağan edilir

13 Apr 2013 08:39

IslamTimes - Rusiya Dövlət Duması ədəbiyyat, kino, televiziya və radio verilişlərində, kütləvi tədbirlərdə senzuradan kənar sözlərin istifadəsini qadağan edən qanunu birinci oxunuşda qəbul edib.


Qanun layihəsinə 441 deputat leyhinə səs verib, - “RİA Novosti”.
 
Yeni qəbul edilən qanun “Dövlət dili haqqında” qanuna və “Kinomatoqrafiyaya dövlət dəstəyi” haqqında qanuna müəyyən dəyişikliklər edilməsini nəzərdə tutur.
 
Yeni q anuna görə, göstərilən sahələrdə söyüş və bu kimi senzuradan kənar sözlərdən istifadə edən sadə vətəndaşları 2-2,5 min rubl, fiziki şəxsləri 4-5 min rubl, hüquqi şəxsləri isə 40-50 min rubl cərimə gözləyir. Eyni zamanda söyüşlərdən istifadə edilmiş filmlərin yayımlanması qadağan ediləcək. /Deyerler/


Story Code: 253808

News Link :
https://www.islamtimes.org/az/news/253808/rusiyada-kino-və-ədəbiyyatda-da-söyüş-qadağan-edilir

Islam Times
  https://www.islamtimes.org