0
Saturday 8 May 2010 - 10:40
New York Tayms qəzeti :

İran prezidenti Obamanı ABŞ-ın son şansı adlandırıb

Story Code : 25390
İran prezidenti Obamanı ABŞ-ın son şansı adlandırıb
İran İslam Respublikasının prezidenti Obamanı ABŞ-ın simasını təmizə çıxartması və həqiqi dəyişikliklərin edilməsi üçün ən böyük və son şans adlandırıb.
İran prezidenti cənab Mahmud Əhmədinejad "New York Tayms" qəzeti ilə müsahibədə ABŞ-ın atom bombalarının sayını azaltmasını elan etməsi haqda deyib: Əgər bu həqiqətdirsə, müsbət bir addım hesab olunur. Amma, məsələ bundadır ki, heç bir müstəqil qurum bu məsələyə nəzarət etməyib və heç bir hesabat təqdim olunmayıb. Bu arada hətta bir atom bombasının olması belə təhlükəlidir.
İran İslam Respublikasının prezidenti İranın Kiş adasında amerikalı bir iş adamının itməsi haqda da deyib: Əlbəttə, ABŞ hökumətinin rəsmi məktubu əsasında o, Federal Təhlükəsizlik Bürosunun əməkdaşı olub və onun ailəsi də bu məsələni təsdiq ediblər. Bizim əlimizdə olan məlumatlara görə, bu şəxs Kiş adasından xaric olub. Lakin, bu məsələyə mümkün olan ən qısa zamanda aydınlıq gətirmək və onun tapılması üçün birgə komitənin yaradılmasını istəmişik.
M.Əhmədinejad qanunsuz olaraq İran ərazisinə daxil olmuş 3 amerikalının taleyi ilə bağlı suala cavab olaraq deyib: Bu şəxslər ilə bağlı iş məhkəmə orqanları tərəfindən araşdırılır və məhkəmə orqanları İranda tam müstəqil fəaliyyətə malikdirlər. Digər tərəfdən bu gün İran xalqı ABŞ zindanlarında saxlanılan 7 həmvətəninin taleyindən nigarandır. Halbuki bu şəxslər ABŞ ərazisində deyil, digər ölkələrdə həbs olunublar.
İran İslam Respublikası prezidenti həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin quruluşuna dəyişikliyin edilməsi səbəblərinə aydınlıq gətirərək, deyib: Bu beynəlxalq mərkəz atom bombalarının istehsalının qarşısını almaq yerinə atom bombasına malik olmayan üzv ölkələr üçün problemlər yaradır və öz qanuni haqqından istifadə etmək istəyən hər bir kəs müxtəlif çətinliklər ilə üzləşir. Lakin, qanunsuz hərəkət etdikdə heç bir maneə yaradılmır.
M.Əhmədinejad əlavə edib: AEBA ölkələrin raket istehsalı və hava-fəza sənayesi sahəsindəki fəaliyyətlərinə müdaxilə etmək səlahiyyətinə malik deyil və nüvə silahlarının yayılmasına qadağa qoyan NPT protokolunda da agentlik üçün belə bir səlahiyyət nəzərdə tutulmayıb. Bütün bunlar NPT-nin zəif və çatışmayan cəhətləridirlər ki, aradan qaldırılmalıdırlar.
İran İslam Respublikası prezidenti əlavə edib: NPT-də islahatların aparılması qarşısında müqavimət göstərilməməlidir. Hamı çalışmalıdır ki, mövcud problemlər aradan qaldırılsın. Bu hamı üçün faydalıdır.
M.Əhmədinejad nüvə enerjisi ilə karbohidrogen enerji mənbələrindən istifadə arasında müqayisə apararaq, deyib: İzotopların istehsal olunması, dərman preparatlarının hazırlanması, kənd təsərrüfatı məhsullarının dezinfeksiya olunması, toxumların yaxşılaşdırılması və diaqnozların qoyulmasında radio dalğalardan istifadənin edilməsi nüvə texnologiyasının üstün cəhətlərindəndir.
Halbuki bütün bu sahələrdə karbohidrogen enerji mənbələri heç bir müsbət cəhətə malik deyillər. Digər tərəfdən nüvə enerjisi daha ucuz başa gəlir.
M.Əhmədinejad əlavə edib: NPT protokolunun 4-cü maddəsi də aşkar formada təkid edir ki, ölkələr nüvə texnologiyasından istifadə edə bilərlər. Bu bütün ölkələrin haqqıdır. Heç kim bu haqda şübhə yarada bilməz.
İran İslam Respublikasının prezidenti İranın nüvə fəaliyyətlərində heç bir qaranlıq məqamın olmadığına və AEBA-nın davamlı olaraq bu fəaliyyətlərə nəzarət etdiyinə işarə edərək, deyib: İran öz nüvə proqramında qanunlara əsasən hərəkət edir və heç bir yayınma halı da mövcud deyil.
Source : IRIB
Comment