0
Saturday 13 April 2013 - 19:39

Qərb İran nüvə enerji proqramı reallıqlarını qəbul etməkdən boyun qaçırır

Story Code : 253985
Qərb İran nüvə enerji proqramı reallıqlarını qəbul etməkdən boyun qaçırır
Qərb İran nüvə enerji proqramı reallıqlarını qəbul etməkdən boyun qaçırır
Islam times.org/az/ - Ahəni deyib: “Qərb ölkələri təkidlə bildirirlər ki, İran hərbi nüvə proqramı həyata keçirir. Ancaq bizim nüvə enerji proqramımız təmamilə qeyri hərbi xarakter daşıyır.”

O əlavə edərək deyib: “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ölkənin nüvə öbyekt və stansiyalarına quraşdırdığı kameralar vasitəsilə İran nüvə enerji proqamını yaxından izləyir və bütün fəaliyyətləri lentə alır.”

O qeyd edərək bildirib ki, Agentlik İran nüvə obyektlərində yoxlanışlar aparmaq üçün 7500 nəfərdən ibarət işçi qrupu ayırıb.

Ahəni vurğulayaraq bildirib ki, İran bu sahədə artıq öz səmimiyyətini və şəffaflığı nümayiş etdirib, bu səbəbdən də biz ittihamları qəbul edə bilmərik.

İran bir sıra ölkələrinin İslam Respublikasını tələb olunan uran ilə təmin edə bilməyəcəyini gördükdə xərçəng xəstələri üçün tibbi dərmanların istehsalı məqsədi ilə uranı 20%-ə qədər zənginləşdirməyi qərara aldı.

2012-ci ilin aprel ayında İran Atom Enerjisi təşkilatının sədri Firudin Abbasi demişdir ki, öz ehtiyacları miqdarında uranın 20% zənginləşdirilməsinə nail olublar və əgər əldə etdiyimiz uran bizim məqsədlərimiz üçün kifayət edərsə, bu zaman uranın zənginləşdirməsini dyandıracaq və hətta 3.5%-ə qədər azaldacayıq.

Ahəni həmçinin kəskin şəkildə İran nüvə enerji proqramının hərbi məqsədlər daşıdığı haqqında yayılan ittihamları rədd etmiş və demişdir ki, İslam İnqilabının Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xamenei iki il bundan əvvəl nüvə silahının istehsalı və istifadəsini qadağan edən dini fətva vermişdir.

İslam Rəhbəri élan edərək bildirmişdir ki, nüvə silahından istifadə etmək insanlığa qarşı cinayətdir.
Source : Islamtimes
Comment