Londonun mərkəzində Marqaret Tetçerin ölümü bayram edilib
Story Code : 254087
Marqaret Tetçer bu günlərdə 87 yaşında dünyasını dəyişib.
APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, Trafalqar meydanında aksiya iştirakçıları arasında keçmiş şaxtaçı, solçu hərəkatların fəalları və tələbələr olub. Onlar özləri ilə keçmiş baş-nazirin müqəvvasını gətiriblər və onun ətrafında mahnılar oxuyaraq rəqs ediblər.
Aksiya sosial şəbəkələr vasitəsi ilə planlaşdırılıb.