0
Monday 15 April 2013 - 08:31

Bəhreyndə yenidən etiraz aksiyası keçirilib

Story Code : 254265
Bəhreyndə yenidən etiraz aksiyası keçirilib
Bəhreyn telekanallarının məlumatına görə, polis onu daşa basan aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma nəticəsində bir neçə etirazçı xəsarət alıb.
 
Qeyd edək ki, etirazlar Bəhreyndə keçiriləcək "Formula-1" "Qran-pri" yarışları ərəfəsinə təsadüf edib. Nümayiş iştirakçıları təkcə kral ailəsinə qarşı deyil, həm də "Formula-1" yarışlarının keçirilməsinə qarşı şüarlar səsləndiriblər.
 
Bir müddət əvvəl isə Bəhreyn müxalifəti öz tərəfdarlarını yarış ərəfəsində etiraz yürüşlərinə çağırmışdı. \anspress\
Comment