QR CodeQR Code

Bəhreyndə yenidən etiraz aksiyası keçirilib

15 Apr 2013 08:31

IslamTimes - Bəhreyndə yenidən anti-hökumət nümayişləri keçirilib. Nümayişlər zamanı etirazçılarla polis arasında toqquşma baş verib.


Bəhreyn telekanallarının məlumatına görə, polis onu daşa basan aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma nəticəsində bir neçə etirazçı xəsarət alıb.
 
Qeyd edək ki, etirazlar Bəhreyndə keçiriləcək "Formula-1" "Qran-pri" yarışları ərəfəsinə təsadüf edib. Nümayiş iştirakçıları təkcə kral ailəsinə qarşı deyil, həm də "Formula-1" yarışlarının keçirilməsinə qarşı şüarlar səsləndiriblər.
 
Bir müddət əvvəl isə Bəhreyn müxalifəti öz tərəfdarlarını yarış ərəfəsində etiraz yürüşlərinə çağırmışdı. \anspress\


Story Code: 254265

News Link :
https://www.islamtimes.org/az/news/254265/bəhreyndə-yenidən-etiraz-aksiyası-keçirilib

Islam Times
  https://www.islamtimes.org