0
Monday 15 April 2013 - 16:22

İsrail Theran-Bakı əlaqələrini korlamaq istəyir

Story Code : 254408
İsrail Theran-Bakı əlaqələrini korlamaq istəyir
İsrail Theran-Bakı əlaqələrini korlamaq istəyir
Islam times.org/az/ - İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin müdiri Seyyid Muhəmməd Ayətullahi deyib: “Sionist İsrail rejimi Tehran-Bakı əlaqələrini korlamaqdansa Qəzzadakı uşaq və gənclərin qətliamına son qoysun və işğal etdiyi Fələstin torpaqlarını öz qanuni sahiblərinə qaytarsın.”

İranlı diplomat deyib ki, İsrail rejimi uzun müddətdir ki, İran və Azrəbaycan arasında mövcud olan səmimi əlaqələri dağıtmaq istəyir. Azərbaycan respublikasında təşkil edilən anti-İran görüşlərinin arxasında bir başa İsrail Azərbaycandakı səfirliyi dayanır.

Ayətullahi əlavə edərək deyib ki, xoşbəxtlikdən Azəri rəsmiləri İsrailin bu siyasətindən xəbərdardılar və onların vaxtaşırı verdikləri bəyanatlar Tel Əvivin Tehran-Bakı əlaqələrini korlamaq cəhdlərini boşa çıxarıb.

30 mart tarixində separatçı və anti-İran mövqeyi ilə seçilən Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı Bakıda konfrans təşkil etmişdir. Konfransda iştirak edən anti-İran separatçılar İranın şərqini və Qərbi Azərbaycan əyalətlərinin İslam Respublikasından ayrılması fikrini dəstəkləyiblər.

31 Mart tarixində İranın xarici işlər nazirliyi Azərbaycanın Tehrandakı nümayəndəsini nazirliyə çağırmış və Azərbaycan respublikasına nota vermiş və Azərbaycan hökumətinin bu separatçı forumun keçirilməsinin qarşısını almaq üçün heç bir tədbir görməməkdə qınamışdır.
Source : Islamtimes
Comment