Don Debar: ABŞ Yaxın Şərqdəki kukla dövlətlərdən öz maraqları üçün istifadə edir
Story Code : 254413
Islam times.org/az/ - Don Debar Əfqan prezidenti Hamid Kərzaiyə işarə edərək deyib ki, o ABŞ-ın ölkəni işğal etməsi nəticəsində hakimiyyətə gəlmiş və onun əsas vəzifəsi işğalçıların ölkədə öz məqsədlərini həyata keçirməyə şərait yaratmaqdır.
Debar bu açıqlamanı bazar günü Press TV-nin ondan ABŞ-ın keçən həftə Əfqanıstana hava hücumu nəticəsində uşaq və qadınlar da daxil olmaqal 17 nəfərin həlak olması haqqında Kərzainin etdiyi açıqlamaya münasibət bildirməsini xahiş etdikdən sonra söylədi.
O deyib: “Kərzainin ABŞ-a qarşı bu açıqlamsının arxasında yerli əhalinin qəzəbini yatırtmaq məqsədi durur.”
Debar deyib ki, əsas məsələ budur ki, 1979-ci ildən bəri ABŞ Əfqanıstanı dağıtmaqdadır. O deyib ki, ABŞ Afrika ölkələrinə də öz adamlarını yerləşdirməklə və ordunu idarə etməklə eyni strategiyanı həyata keçirir.
ABŞ-ın hədəfləri çox aydınıdr. Onlar hələ 18-ci əsrin sonlarında dövlət qurduqdan sonra silah gücünə və yaxud da hiylə ilə yerli hakimləri ələ almaq vasitəsilə neft və qaz ilə zəngin olan ölkələrin təbii sərvətlərini ələ keçirməyə başladılar.