QR CodeQR Code

Don Debar: ABŞ Yaxın Şərqdəki kukla dövlətlərdən öz maraqları üçün istifadə edir

Islamtimes , 15 Apr 2013 16:40

İslamtimes - Siyasi analitik deyib ki, ABŞ və müttəfiqlərinin geosiyasi və enerji maraqlarının tərkib hissəsi olaraq Vaşinqton istəyir ki, Yaxın Şərqdə neft ilə zəngin olan ölkələrdə özündən asılı olan kukla dövlətlər yaratsın və bu vasitə ilə də regionu idarə etsin.


islamtimes.org/az/ - Don Debar Əfqan prezidenti Hamid Kərzaiyə işarə edərək deyib ki, o ABŞ-ın ölkəni işğal etməsi nəticəsində hakimiyyətə gəlmiş və onun əsas vəzifəsi işğalçıların ölkədə öz məqsədlərini həyata keçirməyə şərait yaratmaqdır.

Debar bu açıqlamanı bazar günü Press TV-nin ondan ABŞ-ın keçən həftə Əfqanıstana hava hücumu nəticəsində uşaq və qadınlar da daxil olmaqal 17 nəfərin həlak olması haqqında Kərzainin etdiyi açıqlamaya münasibət bildirməsini xahiş etdikdən sonra söylədi.

O deyib: “Kərzainin ABŞ-a qarşı bu açıqlamsının arxasında yerli əhalinin qəzəbini yatırtmaq məqsədi durur.”

Debar deyib ki, əsas məsələ budur ki, 1979-ci ildən bəri ABŞ Əfqanıstanı dağıtmaqdadır.
O deyib ki, ABŞ Afrika ölkələrinə də öz adamlarını yerləşdirməklə və ordunu idarə etməklə eyni strategiyanı həyata keçirir.

ABŞ-ın hədəfləri çox aydınıdr. Onlar hələ 18-ci əsrin sonlarında dövlət qurduqdan sonra silah gücünə və yaxud da hiylə ilə yerli hakimləri ələ almaq vasitəsilə neft və qaz ilə zəngin olan ölkələrin təbii sərvətlərini ələ keçirməyə başladılar.


Story Code: 254413

News Link :
https://www.islamtimes.org/az/news/254413/don-debar-abş-yaxın-şərqdəki-kukla-dövlətlərdən-öz-maraqları-üçün-istifadə-edir

Islam Times
  https://www.islamtimes.org