0
Monday 15 April 2013 - 17:03

Sabiq CİA nümayəndəsi: ABŞ siyasətçiləri arasında korrupsiya durmadan inkişaf edir

Story Code : 254415
Sabiq CİA nümayəndəsi: ABŞ siyasətçiləri arasında korrupsiya durmadan inkişaf edir
Sabiq CİA nümayəndəsi: ABŞ siyasətçiləri arasında korrupsiya durmadan inkişaf edir
Islam times.org/az/ - Ray MkGoveren jurnalistlərə müsahibəsində deyib: “Podratçılar və ya digər korparasiyalar maddi vəsaitlərin Taliban və yaxud da digər şübhəli döyüşçülərin əlinə keçməsi haqqında narahat deyillər. Çünki Konqres bu yardımın müqabilində xeyli gəlir əldə edirlər.”

Bu yardımdan kimin bəhrələnəcəyi haqqında danışan MkGovern deyib: “Müharibənin davam etməsində maraqlı olan Konqres, podratçı və korparasiyalar bu yardımlardan ən yaxşı gəlir əldə edən tərəflərdir .”

O bu açıqlamanı Xüsusi İnspeksiya tərəfindən Əfqanıstanın yenidən bərpası üçün aparılmış fəaliyyətlərin yoxlanışı zamanı ABŞ-dan Əfqanıstan üçün ayrılan maddi vəsaitlərin əksəriyyətinin terroristlərin və döyüşüçlərin əlinə keçdiyini aşkarladıqdan sonra etmişdir.

Yoxlanış komissiyası “Düşmən ilə müqavilə” adlı hesabat dərc edərək bildirib ki, ABŞ-dan Əfqanıstanın bərpası adı ilə ayrılan pullar həqiqətdə Taliban və digər terror qruplarının maliyyələşməsinə xərclənilir.

Statistikaya əsasən təkcə 2012-ci ildə Əfqanıstanın bərpası üçün 2 milyard dollar pul ayrılıb və bunun nə qədərinin terroristlərinin əlinə keçməsi məlum deyil.

ABŞ və onun müttəfiqləri terror ilə mübarizə adı altında 2001-ci ilin oktyabr ayında Əfqanıstanı işğal etdilər. İşğalçıların Talibanı hakimiyyətdən devirməsinə baxmayaraq inidyə kimi ölkədə təhlükə və qorxu höküm sürməkdədir.
Source : Islamtimes
Comment