0
Sunday 9 May 2010 - 11:18
Zərdüşt Əlizadə :

Sionist rejim dünya əleyhinə təhlükə mənbəyidir

Story Code : 25459
Sionist rejim dünya əleyhinə təhlükə mənbəyidir
Tanınmış azərbaycanlı politoloq Zərdüşt Əlizadə Sionist rejimin xarici işlər naziri müavinin "İran Dünyanın əleyhinə ən böyük hədədir" kimi irəli sürdüyü iddialarını yalan adlandırıb .
Bakıdakı müxbirimiz Zərdüşt Əlizadəyə istinadən bildirib : "Dani Ayalon"-un Tələvivdə Az. R. xarici işlər nazirinin müavini Araz Əzimovla görüşdə İİR-nı dünya əleyhinə təhlükə mənbəyi adlandırması və bu ölkəyə qarşı əlavə sanksiyanın tətbiq olunmasının zərurətini irəli sürməsi İranın heç bir ölkənin hüduduna təcavüz etmədiyi bir şəraitdə iddia irəli sürülüb.
Müsahibəsinin digər hissəsində İranın tarix boyu sülhsevər bir ölkə olduğunu vurğulayan Əlizadə qeyd edib : İran yalnız bir dəfə öz ərazisini müdafiə edib . O da sionistlərin əlaltısı olmuş Səddam rejiminin İrana qarşı təcavüz etdiyi zaman öz ərazisini müdafiə edib .
Bu azəri politoloq müsahibəsinin davamında İranın təcavüzə məruz qalmış ölkələrin və xalqların hüquqlarına dəstək verməsinə işarə edərək xatırladıb: İranın nüvə fəaliyyətləri dinc məqsədlidir və İran atom bombasını düzəltməyi qarşıya məqsəd qoymayıbdır. Əlizadə həmçinin İİR-nin nüvə silahlarının yayılmamasına dair sazişi imzaladığını qeyd edərək bildirib : Sionist rejim çoxlu sayda nüvə başlığına malikdir və sözü gedən sazişi imzalamaqdan da imtina edir . Belə bir vəziyyətdə hansı tərəfin beynəlxalq sülhün əleyhinə hədə mənbəyi olduğu məlumdur.
Əlizadə müsahibəsinin sonunda xatırladıb : Az. R-nin müstəqil siyasət yürütdüyü təqdirdə Sionist rejim Bakıdan Tələvivə nümayəndə heyətlərinin səfərinə tədarük görərək özünün təcavüz xarakterli hədəflərinə nail olmaq üçün rəsmi Bakını aldatmağa nail ola bilməyəcək.
Qeyd edək ki, Az. R. xarici işlər nazirinin müavini Araz Əzimovu "regional münaqişələr və mediaların" rolu mövzusunda olan konfransda iştirak etməyi bəhanə edərək mayın 4,5 və 6-da işğal olunmuş Fələstin ərazisində səfərdə olmuşdur.
Source : IRIB
Comment