QR CodeQR Code

ABŞ cəsusluqda şübhəli bilinən şəxsə 16 il həbs cəzası verib

Islamtimes , 17 Apr 2013 22:14

İslamtimes - ABŞ hərbi məhkəməsi sabiq Alyaska ordusunun əsgərini cəsusluqda ittiham edərək 16 il həbs cəzası verib.


islamtimes.org/az/ - Səkkiz nəfərdən ibarət ABŞ hərbi məhkəməsi bazar ertəsi günü Vilyam Kolton Milleyə keçən ay cəsusluqda və digər cinayətlərdə təqsirli bilindikdən sonra haqqında həbs cəzası təyin etdi.

FBİ agenti Deirdre Fike deyib: “Milley müdafiə məlumatlarını xarici dövlətə satmaqla öz xalqına xəyanət edib.”

FBİ apardığı əməliyyat nəticisəndə Milleyi rusiyalı cəsus olduğu güman edilən şəxsə gizli məlumatları satarkən həbs etmişdir.

Ordu kəşfiyyat agentlikləri ilə birgə çalışan FBİ agentləri deyiblər ki, amerikalı casus Milley 2011-ci ilin yay fəslində rusiyaya məktub göndərdikdən və Rusiya səfirliyinə zəng etdikdən sonra onların diqqətini cəlb edib.

Agentlər bildiriblər ki, Milley F-22 qırıcı təyyarələri, bombaların aşkarlanmasında istifadə edilən hərbi sistemlər və özünün çalışdığı hərbi bazada ictimai təhlükəsizlik personlaının sayı da daxil olmaqla bir sıra gizli məlumatlar verməyi təklif edib.

Hərbi prokuror kapitan Stevart Hiderxan Milleyə ən azı 25 il həbs cəzasının verilməsini tələb edərək deyib: “O orduya nifrət edirdi. O ABŞ-a nifrət edirdi.”

Milley 2007-ci ildə ordu sıralarına qoşulmuş və 2009-cu ilin dekabr ayından 2010-cu ilin iyul ayına qədər İraqda xidmət etmişdir.


Story Code: 255251

News Link :
https://www.islamtimes.org/az/news/255251/abş-cəsusluqda-şübhəli-bilinən-şəxsə-16-il-həbs-cəzası-verib

Islam Times
  https://www.islamtimes.org