QR CodeQR Code

İsrail yenidən İranı hərbi hücum ilə təhdid edib

Islamtimes , 17 Apr 2013 22:58

İslamtimes - İsrail ordusunun rəhbəri bir daha İslam Respublikasına qarşı hərbi hücum təhdidləri səsləndirmiş və iddia edərək bildirmişdir ki, rejim tək başına İranı işğal edə bilər.


islamtimes.org/az/ - Frans Press Agentliyinin yaydığı məlumata əsasən çərşənbə axşamı günü İsrail ordu rəhbəri general Benni Qants bu açıqlamanı İsrail radiosuna müsahibəsi zamanı etmişdir.

O deyib: “Bizim özümüzün plan və tədbirlərimiz var. Vaxtı çatanda biz İrana qarşı hərbi hücum haqqında qərar qəbul edəcəyik.”

Eyni açıqlama baş nazir Benyamin Netanyahu, müdafiə naziri Moşe Yalon da daxil olmaqla bir sıra İsrail rəsmiləri tərəfindən də edilmişdir.

Bu arada Netanyahu deyib ki, ABŞ-ın dəstəyi ilə İran nüvə enerji proqramına qarşı tətbiq edilən sanksiyalar kifayət etməyə bilər.

Yalon həmçinin deyib ki, İranın nüvə enerji proqramı dünya üçün ən təhlükəli təhdidlərdən biridir.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham ediblər və bu bəhanədən istifadə edərək İranı hərbi hücum ilə təhdid ediblər.

İran isə bu ittihamları rədd edərək Nüvə Yayılmama Razılığını imzalayan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan bir dövlət kimi nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı olduğunu deyib.

İrandan fərqli olaraq 200-400 arası nüvə başlıqlarına sahib olan sionist İsrail rejimi Nüvə Yayılmama Razılığını imzalamaqdan boyun qaçırmış və beynəlxalq ictimaiyyətinin çağırışlarına məhəl qoymayaraq bu razılaşmaya qoşulmaqdan imtina edir.


Story Code: 255266

News Link :
https://www.islamtimes.org/az/news/255266/israil-yenidən-iranı-hərbi-hücum-ilə-təhdid-edib

Islam Times
  https://www.islamtimes.org