QR CodeQR Code

“Rəsmi Bakı İslamofobiya siyasıtindən əl çəksin”

Arannews , 17 Apr 2013 23:09

İslamtimes - Ayətullah Şəbistəri: Azərbaycan hökuməti islamofobiya siyasətini kənara qoymalıdır .


islamtimes.org/az/ - Vəli Fəqihin Şərqi Azərbaycan Vilayətindəki nümayəndəsi Bakı rəsmilərinin islama qarşı olan siyasətlərinə düzəliş etmələrini istəyib.

Rəsa Xəbər Agentliyinin məlumatına görə, Vəli Fəqihin Şərqi Azərbaycan Vilayətindəki nümayəndəsi Ayətullah Möhsün Müctəhid Şəbistəri bu gün Təbriz şəhərinin hüseynçi heyətlərinin Quran təlimçiləri və vaizlərinin seminarında Azərbaycan Respublikası şiələrinin vəziyyətini acınacaqlı adlandırıb və deyib: Azərbaycan Respublikası hökumətinin yürütdüyü anti-İslam siyasətlər iddiasında olduğu söz azadlığı və demokratiyanın təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

O, məscidlərin dağıdılması, hicab qadağası, islamçılar, ruhanilər və dindar fəalların həbs edilməsinə işarə edərək, deyib: Bu vəziyyətin davam etməsi Azərbaycan Respublikası hökumətinin zərərinə olacaq. Mən Bakı rəsmilərindən öz anti-İslam siyasətlərinə düzəliş etmələrini gözləyirəm.

Təbrizin imam cüməsi Azərbaycan Respublikası xalqının İran xalqına olan meylinin habelə, İslam təlimləri və şiəliyə olan marağının son dərəcə böyük olduğunu xatırladaraq, deyib: Azərbaycanın bir şiə ölkəsi olmasına rəğmən bu ölkə rəsmiləri şiələrə qarşı siyasət yürüdür və ölkədə dini təbliğə imkan verilmir.

Ayətullah Şəbistəri Azərbaycan Respublikası rəsmilərinin bu ölkədə xalq etirazlarının genişlənməsinə zəmin yaratdıqlarını deyərək, vurğulayıb: hökuməti Sionist rejim və amerikalı ağalarının razılığını əldə etmək üçün bu kimi siyasətlər yürüdən Azərbaycan Respublikası rəsmilərinin bu hərəkətləri onlar üçün yaxşı sonluqla nəticələnməyəcək.


Story Code: 255273

News Link :
https://www.islamtimes.org/az/news/255273/rəsmi-bakı-islamofobiya-siyasıtindən-əl-çəksin

Islam Times
  https://www.islamtimes.org