QR CodeQR Code

Seyyid Əli Xamenei Boston terrorunu pisləyib

18 Apr 2013 09:31

IslamTimes - Ali dini lider Ayətullahul-üzma Seyyid Əli Xamenei ABŞ-ın Boston ştatında törədilmiş terror aktını pisləyib.


Bu barədə o, Tehranda bir sıra ordu komandirləri ilə keçirdiyi görüşdə bildirib.  Daha sonra Seyyid Əli Xamenei Amerikanı ikili standartlarda ittiham edib. Onun sözlərinə görə, ABŞ, Pakistan, Əfqanıstan , İraq və Suriyanın günahsız xalqlarının qırğını haqda sükut edir, amma Amerikada bir neçə partlayışın baş verməsindən sonra bütün dünyanı özünə cəlb etməyə çalışır.
 
“İran günahsız insanları hədəfə alan hər bir terror aktını kəskin şəkildə pisləyir. İstər Boston, ister Əfqanıstan, Pakistan, İrak ya da Suriya. Biz her formada terrora qarşıyıq və bunu kəskin şəkildə pisləyirik”, - deyə Ayətullahul-üzma Seyyid Əli Xamenei bildirib. /deyerler/


Story Code: 255329

News Link :
https://www.islamtimes.org/az/news/255329/seyyid-əli-xamenei-boston-terrorunu-pisləyib

Islam Times
  https://www.islamtimes.org