QR CodeQR Code

Franklin Lamb: ABŞ-ın İrana qarşı qadağaları əslində terror aktıdır

Islamtimes , 20 Apr 2013 19:04

İslamtimes - Siyasi analitik deyib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi qeyri qanuni sanksiyalar eyni ilə terror aktı kimidir, çünki onlar siyasi məqsədlər üçün bir ölkənin mülki vətəndaşlarını hədəfə alır.


islamtimes.org/az/ - Siyasi şərhçi Franklin Lamb Press TV-yə müsahibəsində deyib: “İrana qarşı sanksiyalar rejim dəyişikliyi etmək və hökumətin xüsusi siyasi kursuna təsir göstərmək məqsədi ilə sadə vətəndaşları hədəfə alıb.”

Analitik ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyaların qeyri qanuni olduğunu demiş və bildirmişdir ki, bu sanksiyalar beynəlxalq insan hüquqları, Avropa Məhkəməsinin qanunları və ABŞ qanunları ilə ziddiyət təşkil edir.

O əlavə edərək deyib: “Avropa məhkəməsi bildirib ki, Bank Milli və Bank Saderata qarşı tətbiq edilən sanksiyalar qeyri qanunidir, çünki amerikalılar bu bankların nüvə enerjisinin inkişafı ilə hər hansı bir əlaqənin olduğuna dair sübut gətirə bilməyiblər. ”

Lamb sözünə davam edərək bildirib ki, bu sanksiyalar tezliklə geri götürülməlidir, çünki bu sanksiyalar qeyri obyektiv olmaqla yanaşı hərhansı bir dövlətin və ya şəxsin şəxsi maraqları naminə tətbiq edilib.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İranı nüvə enerji proqramından hərbi məqsədlər üçün istifadə etməkdə ittiham edib.

Bu ittiham əsasında Vaşinqton və Avropa Birliyi İslam Respublikasına qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

İran isə öz növbəsində bu ittihamları rədd etmiş və demişdir ki, Nüvə Yayılmama Razılığını imzalayan və Atom Enrjisi üzrə Beynəlxalq Agentliyin üzvü olan bir dövlət kimi İranın nüvə enerji proqramından dinc məqsədlər üçün istifadə etməyə tam haqqı var.


Story Code: 256209

News Link :
https://www.islamtimes.org/az/news/256209/franklin-lamb-abş-ın-irana-qarşı-qadağaları-əslində-terror-aktıdır

Islam Times
  https://www.islamtimes.org