QR CodeQR Code

Mübarək həbsdə qalır

21 Apr 2013 00:23

IslamTimes - Hüsnü Mübarək 150 milyon dollar büdcə vəsaitini mənimsəmə ittihamı üzrə həbsxanada qalacaq


Misirin Apelyasiya məhkəməsi aprelin 20-də sabiq prezident Hüsnü Mübarəkin korrupsiya ilə bağlı iş üzrə həbsdən azad olunması barədə qərar çıxarıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı  Misirin “Əl Əhrəm” qəzeti dərc edib.

Buna baxmayaraq, Hüsnü Mübarək azadlığa çıxa bilməyəcək, çünki o 150 milyon dollar büdcə vəsaitlərini mənimsəməkdə də günahlandırılır.
 
İttihama görə, ölkə başçısının iqamətgahlarının təmiri və bərpasına ayrılan büdcə vəsaitləri təyinatı üzrə xərclənmək əvəzinə, Mübarəkin ailəsinin şəxsi hesablarına yönəldilib. Təftiş orqanlarına isə görülmüş işlər barədə saxta sənədlər təqdim olunub. Əldə olunmuş vəsaitlər keçmiş prezident və onun ailə üzvləri tərəfindən daşınmaz əmlakın alınması və tikintisinə sərf olunub.


Story Code: 256287

News Link :
https://www.islamtimes.org/az/news/256287/mübarək-həbsdə-qalır

Islam Times
  https://www.islamtimes.org