QR CodeQR Code

ABŞ terroristləri dəstəkləməkdən vaz keçmir

21 Apr 2013 07:57

IslamTimes - ABŞ Suriyada terroristlərə130 milyon dollarlıq hərbi ləvazimat verməyə planlaşdırır.


APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, ABŞ-ın rəsmi nümayəndələri  İstanbulda keçirilən “Suriyanın dostları”nın növbəti görüşün proqramını şərh edərkən qeyd edib.
 
ABŞ-ın rəsmi nümayəndələrinin sözlərinə görə, İstanbuldakı danışıqlarda Suriya müxalifətinə bu tip yardımın miqyası və tərkib hissəsi müzakirə olunur. Belə ki, danışıqların yekunlarından asılı olaraq, Vaşinqton Suriya müxalifətini zirehli jiletlər, zirehli döyüş maşınları, gecə müşahidə cihazları, müasir rabitə vasitələri ilə  təchiz etməyə başlaya bilər.
 
İndiyədək ABŞ Suriya müxalifətinə 117 milyon dollarlıq qeyri hərbi yardım göstərib. ABŞ iddia edir ki, Suriya müxalifətinə silah-sursat ötürmür, lakin Amerika məlumatlıdır ki, bu cür köməyi Qətər və Səudiyyə Ərəbistan daxil olmaqla bir neçə dövlət edir.


Story Code: 256310

News Link :
https://www.islamtimes.org/az/news/256310/abş-terroristləri-dəstəkləməkdən-vaz-keçmir

Islam Times
  https://www.islamtimes.org