QR CodeQR Code

Ruhani kimi tanınan İsrail casusunun son aqibəti

21 Apr 2013 13:05

IslamTimes - Livan hüquq-mühafizə orqanlarının İsrail üçün çalışan casusları deşifrə etməkdə davam edir.


Livanın “naharnet” saytının verdiyi xəbərə görə, 2010 cu ildə həbs edilən şiə ruhani kimi tanınan Həsən Mşeymeşin məhkəməsi keçirilib.

Livanın Hərbi Məhkəməsi ona İsrailə casusluq maddəsi ilə 5 il ağır həbs cəzası verib.

Mşeymeş 3 il əvvəl İsrailə pul müqabilində məlumatlar sızdırmasına görə həbs edilibmiş.

Bu şəxs Livanda şiə din xadimi kimi tanındığı və Livan müqavimət hərəkatı Hizbullaha qarşı çıxışları və fəaliyyəti ilə seçilirdi. /IslamAzeri/


Story Code: 256399

News Link :
https://www.islamtimes.org/az/news/256399/ruhani-kimi-tanınan-israil-casusunun-son-aqibəti

Islam Times
  https://www.islamtimes.org