QR CodeQR Code

Kevin Barret: Amerikalılar Ayətullah Xameneinin daha ədalətli olduğunu fikirləşirlər

Islamtimes , 21 Apr 2013 23:02

İslamtimes - Kevin Barret öz müsahibəsində deyib: “Mən fikirləşirəm ki, artıq daha çox amerikalı qəbul etməyə başlayıb ki, İslam Rəhbərinin dedikləri öz rəhbərlərinin ABŞ-da dediklərindən daha düz və daha ədalətlidir.”


islamtimes.org/az/ - Press TV-yə müsahibə verən amerikalı siyasi analitik deyib ki, artıq amerikalılar düşünürlər ki, İslam İnqilabının Rəhbəri Ayətullah Seyyid Əli Xamenei öz liderlərindən daha çox güvənilir və ədalətlidir.

Kevin Barret öz müsahibəsində deyib: “Mən fikirləşirəm ki, artıq daha çox amerikalı qəbul etməyə başlayıb ki, İslam Rəhbərinin dedikləri öz rəhbərlərinin ABŞ-da dediklərindən daha düz və daha ədalətlidir.”

Müsəlman-Xristian-Yəhudi Aliyansının üzvü olan analitik bu açıqlamanı Ayətullah Xameneinin Bostonda baş verən və günahsız insanların ölümünə səbəb olan iki partlayışı tənqid etməsindən sonra verdi.

Ayətullah Xamenei çərşənbə günü deyib: “İslami qayda-qanunlarını əsas götürən İran İslam Respublikası fərq etməz istər ABŞ-da Bostonda olsun, istər Pakistan, Əfqanıstan, İraq və yaxud da Suriyada olsun günahsız insanların qətlinə səbəb olan bu cür partlayış və qətliamlara qarşı çıxır.”

Barret əlavə edərək deyib: “ABŞ bütün dünyada insanlığa qarşı terror müharibəsi aparır, ancaq bu cür hadisələr Bostonda baş verdiyi zaman media böyük səs-küy yaradaraq bu hadisələri digər insanların üzərinə yıxmağa çalışırlar.”

Analitik daha sonra qeyd edərək bildirib ki, amerikalılar indi öz dövlətlərinin ikiüzlülüyünü daha yaxşı başa düşürlər, çünki aparılmış sorğuların nəticəsi göstərir ki, amerikalıların üçdə biri ABŞ-ın apardığı siyasət ilə razı deyillər.


Story Code: 256581

News Link :
https://www.islamtimes.org/az/news/256581/kevin-barret-amerikalılar-ayətullah-xameneinin-daha-ədalətli-olduğunu-fikirləşirlər

Islam Times
  https://www.islamtimes.org