QR CodeQR Code

İslam Konfransı Təşkilatı :

İKT müstəqil Fələstin dövlətinin yaradılmasını tələb edir

IRIB , 11 May 2010 22:33


İslam Konfransı Təşkilatına üzv ölkələrin parlamentlər arası sədrlərinin icraiyyə komitəsi bir bəyanat yayaraq Qüds-Şərifin paytaxt olması şərti ilə müstəqil Fələstin dövlətinin qurulmasını tələb edib.
Sözü gedən komitənin bazar ertəsi günü qəbul edilən yekun bəyanatında deyilir: İşğal olunmuş Fələstin ərazisinin o cümlədən Qəzzə, İordan Çayının qərb sahili və Qüds-Şərif Fələstin ərazisinin ayrılmaz hissələridir və İslam Parlamentlərarası Birliyinin ötən konfransdakı qətnamələri xüsusilə də məzlum Fələstin xalqının hüquqlarını himayə üzrə 2009-cu ildə qəbul olunan sənədində bu məsələ üzərində təkid olunub.
İstanbul iclası Qüds-Şərifdə qeyri-qanuni tədbirlərə və fələstinlilərin müqəddəs məkanlara yaxınlaşmasına qadağanın qoyulmasından narahatlığını ifadə edərək fələstinli qaçqınların qeyd-şərtsiz öz doğma torpaqlarına dönmələri dəstəklənib.
Parlament sədrləri həmçinin İstanbul iclasında BMT-nin Təhlükəsizlik Şurasının insan hüquqları və UNESCO təşkilatına müraciətlə Sionist rejiminin Cenevrə konvensiyası və işğal olunmuş ərazilərlə bağlı sənədlərə qoşulmağa məcbur edilməsini tələb ediblər .
Bəyanatın sonunda qeyd olunub : İstanbul iclası Qəzzə əhalisinə yardımların çatdırılması üçün hava və dəniz keçid yollarının açılmasını tələb edir . Hətta Qəzzə blokadasına xitam verilməsinə gətirib çıxarılacaq tədbirləri dəstəkləyir.
Qeyd edək ki, İstanbul iclasında 15 ölkə parlamentinin sədrləri və nümayəndələri o cümlədən İİR, Suriya , Türkiyə, İndoneziya , Ərəbistan , Uqanda , Borkinafaso və Kamerun iştirak etmişdi.


Story Code: 25675

News Link :
https://www.islamtimes.org/az/news/25675/ikt-müstəqil-fələstin-dövlətinin-yaradılmasını-tələb-edir

Islam Times
  https://www.islamtimes.org