QR CodeQR Code

600 Avropalı terrorist Suriya hökumətinə qarşı döyüşür

Islamtimes , 22 Apr 2013 18:13

Islamtimes - İspaniyaya məxsus “El Pais” qəzeti məlumat dərc edərək bildirib ki, 600 avropa vətəndaşı Suriyada üsyançı və terroristlərin sırasında prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşürlər.


www.islamtimes.org/az/ - Londonda Kral İnistitutuna məxsus Madrid Beynəlxalq Araşdırma mərkəzinə istinad edən qəzet yazır: “Keçən iki il ərzində Suriya münaqişəsində iştirak edən avropa vətəndaşlarından 134 nəfəri Böyük Britaniyadan, 107 nəfəri Niderland, Belçika və Lüksemburq, 90 nəfərdən çoxu isə Fransadandır.”

Suriya münaqişəsində yer alan avropalılar haqqında məqalə dərc edən El Pais qəzeti halhazırda Suiryada terroristlərin cərgəsində xidmət göstərən ispaniyalılar haqqında dəqiq rəqəm dərc etməyib.

Qəzet daha sonra davam edərək bildirib ki, araşdırmalar göstərib ki, keçən il Keuta şəhərindən ən azı 8 nəfər, Barselonadan isə bir nəfər rəsmi şəkildə əl Qaidə terror təşkilatı ilə bağlılığı olan və Suiryada fəaliyyət göstərən əl Nusra terror şəbəkəsinə qoşulmuş və onlardan dörd nəfəri Suriyada hökumət qüvvələri ilə toqquşma nəticəsində qətlə yetirilimişdir.


Story Code: 256810

News Link :
https://www.islamtimes.org/az/news/256810/600-avropalı-terrorist-suriya-hökumətinə-qarşı-döyüşür

Islam Times
  https://www.islamtimes.org