0
Monday 22 April 2013 - 18:37

Kerrinin çıxışı bir daha sübut etdi ki, Ərdoğan ABŞ-ın tapşırığı ilə hərəkət edir

Story Code : 256821
Kerrinin çıxışı bir daha sübut etdi ki, Ərdoğan ABŞ-ın tapşırığı ilə hərəkət edir
Kerrinin çıxışı bir daha sübut etdi ki, Ərdoğan ABŞ-ın tapşırığı ilə hərəkət edir
www.Islam times.org/az/ - Həmas sözçüsü Sami Əbu Zuhri bazar günü Kerrini və Fələstin hökumətinin rəhbəri Mahmud Abbası Qəzzanı blokadada saxlamaq üçüçn gizli danışıqlar aparmaqda ittiham edib.

Günün əvvəlində ABŞ dövlət katibi İstanbulda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Mahmud Abbas ilə ayrılıqda görüşlər təşkil edib və jurnalistlərə müsahibəsində deyib ki, o Ərdoğandan Qəzzaya səfər üçün əlverişli şəraitin yaranacağı günə kimi gözləsin və may ayına Qəzzaya nəzərdə tutulan səfərini təxirə salsın.

Kerri deyib: “Biz baş nazirə bildirdik ki, yaxşı olar ki, Qəzzaya nəzərdə tutduğu səfəri təxirə salsın.”

2012-ci ilin noyabr ayında İsrailin Qəzzaya səkkiz günlük müharibəsi zamanı qadın və uşaqlar da daxil olmaqla 170 fələstinli qətlə yetirilmiş və 1400-dən çox insan isə yaralanmışdır.

İşğalçı İsrail rejimi Qəzza Zolağını mühasirədə saxlamaqla orada yaşayan 1.7 milyondan çox insanın hüquqlarını pozmuş olur və ərazidə yaşayış səviyyəsinin aşağı düşməsinə və yoxsulluğun artmasına səbəb olub.
Source : Islamtimes
Comment