QR CodeQR Code

Kerrinin çıxışı bir daha sübut etdi ki, Ərdoğan ABŞ-ın tapşırığı ilə hərəkət edir

Islamtimes , 22 Apr 2013 18:37

İslamtimes - Fələstin müqavimət hərəkatı Həmas ABŞ dövlət katibi Con Kerrini Türkiyə baş nazirinə müraciət edərək Qəzza Zolağına səfəri təxirə salmasını bildirdiyinə görə tənqid edib.


www.islamtimes.org/az/ - Həmas sözçüsü Sami Əbu Zuhri bazar günü Kerrini və Fələstin hökumətinin rəhbəri Mahmud Abbası Qəzzanı blokadada saxlamaq üçüçn gizli danışıqlar aparmaqda ittiham edib.

Günün əvvəlində ABŞ dövlət katibi İstanbulda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Mahmud Abbas ilə ayrılıqda görüşlər təşkil edib və jurnalistlərə müsahibəsində deyib ki, o Ərdoğandan Qəzzaya səfər üçün əlverişli şəraitin yaranacağı günə kimi gözləsin və may ayına Qəzzaya nəzərdə tutulan səfərini təxirə salsın.

Kerri deyib: “Biz baş nazirə bildirdik ki, yaxşı olar ki, Qəzzaya nəzərdə tutduğu səfəri təxirə salsın.”

2012-ci ilin noyabr ayında İsrailin Qəzzaya səkkiz günlük müharibəsi zamanı qadın və uşaqlar da daxil olmaqla 170 fələstinli qətlə yetirilmiş və 1400-dən çox insan isə yaralanmışdır.

İşğalçı İsrail rejimi Qəzza Zolağını mühasirədə saxlamaqla orada yaşayan 1.7 milyondan çox insanın hüquqlarını pozmuş olur və ərazidə yaşayış səviyyəsinin aşağı düşməsinə və yoxsulluğun artmasına səbəb olub.


Story Code: 256821

News Link :
https://www.islamtimes.org/az/news/256821/kerrinin-çıxışı-bir-daha-sübut-etdi-ki-ərdoğan-abş-ın-tapşırığı-ilə-hərəkət-edir

Islam Times
  https://www.islamtimes.org