QR CodeQR Code

Venesueladan ABŞ-a xəbərdarlıq

23 Apr 2013 09:23

IslamTimes - Venesuela xarici işlər naziri Elias Haua ABŞ-ı «ticari, enerji, iqtisadi və siyasi xarakterli» sanksiyalarla hədələyib.


APA-nın məlumatına görə nazir ABŞ dövlət katibinin köməkçisi Roberta Cekobsonun Venesuelada keçirilmiş prezident seçkisinin nəticələrinin yenidən sayılması barədə fikirlərini tənqid edib. «Biz Roberta Cekobsonun bəyanatını qəti şəkildə pisləyirik. Ən ağrılı məqam onun Venesuelanı sanksiyalarla hədələməsidir. Belə olan halda biz ABŞ-a qarşı ticari, enerji, iqtisadi və siyasi xarakterli sanksiyalar qəbul etməyə hazırıq», deyə Haua bildirib.

Venesuelada aprelin 14-də keçirilmiş prezident seçkilərində hakimiyyətin namizədi Nikolas Maduro qalib gəlib.


Story Code: 256958

News Link :
https://www.islamtimes.org/az/news/256958/venesueladan-abş-a-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org