QR CodeQR Code

Bəhreyndən dəhşətli statistika

23 Apr 2013 13:15

IslamTimes - "Bəhreynin təhlükəsizlik orqanları tərəfindən geniş miqyasda xüsusilə aprelin 13-dən 22-nə qədər "Formula 1" yarışları ərəfəsində insan haqlarına təcavüz olunur."


"Azad Xəbər" internet qəzeti Livanın Əl-Mənar televiziyasına istinadən xəbər verir ki, Bəhreynin Milli İslami İttifaq cəmiyyətinin azadlıq və insan haqları şöbəsi hesabat yayaraq bildirib: "Bəhreynin təhlükəsizlik orqanları tərəfindən geniş miqyasda xüsusilə aprelin 13-dən 22-nə qədər "Formula 1" yarışları ərəfəsində insan haqlarına təcavüz olunur."
 
Bu hesabatda deyilir ki, yarışın başlamasına 1 həftə qalmış xalqa olan təzyiqlər şiddətlənmişdir.
 
Bu 10 gün ərzində ümumilikdə 132 nəfər həbs edilib. Belə ki, onların 105-i kişi, 24-ü uşaq,2-si qadındır. Həbs edilənlərdən 40 nəfər azad edilib. Bundan əlavə 69 evə hücum edilib və bunun nəticəsində 27 vətəndaş xəsarət alıb. 33 işgəncə halı qeydə alınıb.
 
Bu xəbərə əsasən Bəhreynin 27 şəhərində xalq şiddətli təztiqlərə məruz qalıb.


Story Code: 257075

News Link :
https://www.islamtimes.org/az/news/257075/bəhreyndən-dəhşətli-statistika

Islam Times
  https://www.islamtimes.org