0
Tuesday 23 April 2013 - 21:55

Sorğu: Latın Amerikalıların əksəriyyəti hesab edir ki, İran heç bir təhlükə mənbəyi deyil

Story Code : 257274
Sorğu: Latın Amerikalıların əksəriyyəti hesab edir ki, İran heç bir təhlükə mənbəyi deyil
Sorğu: Latın Amerikalıların əksəriyyəti hesab edir ki, İran heç bir təhlükə mənbəyi deyil
Islam times.org/az/ - Yenicə aparılmış sorğunun nəticələri göstərib ki, Latın Amerika ölkələrinin əksər insanları hesab edirlər ki, İran Yaxın Şərq regionuna heç bir təhlükə yaratmır.

Sorğu 2-5 Mart 2013-cü il tarixləri arasında Rusiya xəbər agentliyi olan RİA Novosti tərəfindən Brazilya, Venesuella, Argentina, Kolumbiya, Çili və Perudan olan 1700 nəfər arasında aparılmış və bu sorğu üz-üzə müsahibə nəticəsində həyata keçirilmişdir.

Xəbər agentliyi sorğunun nəticələrini 12 aprel 2013-cü il tarixində elan etdi.

Respondentlərdən İranın Yaxın Şərq regionu üçün təhlükə yaradıb, yaratmadığı haqqında suallar soruşulub. Nəticələr göstərdi ki, respondetlərin 89%-i İranın region üçün heç bir təhlükə mənbəyi hesab etmir. Sadəcə 8%-i bunun əksini düşündüyü halda, 3%-i isə bilmirəm cavabını verib.

İslam Respublikası keçən illər ərzində Latın Amerikası ölkələri ilə əlaqələri genişləndirmək yolunda səy edir və bu məsələni xarici siyasət strategiyasının əsas hədəflərindən biri olduğunu bəyan edir.

İranın Latın Amerikası ölkələrində artan nüfuzu ABŞ-ın əsas narahatçılığına çevrilib, çünki ABŞ regionu öz təsiri altında saxlamaq istəyir və hərhansı bir ölkənin bu əraziyə nüfuz etməsini istəmir.

2012-ci ilin dekabr ayında ABŞ prezidenti Barak Obama İranın Latın Amerikası ölkələrində artan nüfuzunun qarşısını almaq üçün yeni qanun imzaladı.
Source : Islamtimes
Comment