0
Tuesday 23 April 2013 - 22:05

İsrail ordusu: Anti-Suriya ekstremistlər region üçün təhlükə yaradır

Story Code : 257276
İsrail ordusu: Anti-Suriya ekstremistlər region üçün təhlükə yaradır
İsrail ordusu: Anti-Suriya ekstremistlər region üçün təhlükə yaradır
Islam times.org/az/ - Bazar ertəsi günü Tel Əvivdə Milli Təhlükəsizlik Araşdırmalar İnistitutunda çıxış edən Gants deyib ki, Yaxın Şərq Əsədin mümkün devrilməsi və cihadistlərin hakimiyyətə gəlməsi ilə stabilliyini itirə bilər.

O Suriyanın yeni Əfqanıstan olacağı haqqında fikir irəli sürmüş israilli ekspertlərin sözlərinə istinad etmiş və xəbərdarlıq edərək bildirmişdir ki, Suriyadakı strateji silahlar yalnış əllərə düşə bilər.

İsrail rəsmisi xəbərdarlıq edərək bildirib ki, Suriya müharibəsi hətta İsrailə də keçə biləcək bir xaosa səbəb olacaq.

Suriya ordu qüvvələri ilə xaricdən dəstək alan üsyançılar arasında Qolan Yüksəkliklərində baş verən toqquşmalar son bir neçə həftə ərzində kəskin şəkildə pisləşib.

İsrail 1967-ci ildə altı günlük müharibə dövründə Qolan Yüksəkliklərini Suriyadan almışdır və onu 1981-ci ildə beynəlxalq ictimaiyyətin qəbul etməsinə baxmayaraq özünə birləşdirmişdir.

Keçən iki il ərzində Suriyada münaqişə davam edən bir müddətdə İsrail ordu qüvvələri dəfələrlə Qolan Yüksəkliyinin Suriya tərəfinə raket zərbələri endiriblər.

Əl Qaidə ilə sıx əlaqələrə malik olan əl Nusra terror qrupu Suriyada münaqişə başlayan vaxtdan etibarən həm mülki vətəndaşlara, həm də ordu qüvvələrinə qarşı ölümcül hücumlar ediblər.
Source : Islamtimes
Comment