0
Tuesday 23 April 2013 - 23:40

Qərb neftdən siyasi vasitə kimi istifadə edir

Story Code : 257307
Qərb neftdən siyasi vasitə kimi istifadə edir
Qərb neftdən siyasi vasitə kimi istifadə edir
Islam times.org/az/ - Huseyni bazar ertəsi günü deyib ki, İran heç vaxt neft və qaz da daxil olmaqla öz təbii sərvətlərindən siyasi vasitə kimi istifadə etməyib, bir halda ki, Qərb bu məsələdən siyasi məsələlər üçün istifadə edir və bu da enerji bazarında stabilsizliyə səbəb olacaq.

İranlı nazir bu açıqlamanı Nyu Yorkda Qoşulmayanlar Hərəkatının iclası zamanı edib.

Huseyni daha sonra ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları tənqid etmiş və demişdir ki, Qərb sanksiyalar tətbiq etməklə çox böyük səhv etmişdir.

Huseyni deyib: “ Biz iqtisadi sanksiyalar ilə tanışıq və bilirik ki, Qərb ədalətsiz qərarlar ilə İrana qarşı çox ağır sanksiyalar tətbiq edib.”

İranlı nazir həmçinin İranın iqtisadi və sosial qüdrətinə işarə etmiş və İslam Respublikasının kosmos və nanotexnalogiya sahəsi də daxil olmaqla bir çox sahələrdə əldə etdiyi uğurlardan danışmışdır.

2012-ci ilin əvvəllərində ABŞ və Avropa Birliyi İranın neft və maliyyə sektoruna yeni sanksiyalar tətbiq etmişdilər.

Vaşinqton və Avropa Birliyi İranın nüvə enerji proqramından hərbi məqsədlə istifadə etmək ittihamını irəli sürmüş və bu ittihamları əsas gətirərək İslam Respublikasına qarşı bir sıra qeyri qanuni sanksiyalar tətbiq etmişdilər.
Source : Islamtimes
Comment