QR CodeQR Code

Rusiya Azərbaycana döyüş təyyarələri satmaqdan imtina edib

24 Apr 2013 14:18

IslamTimes - Rusiya aviasiya sənayesinə rəhbərlik edən erməni əsilli şəxslərin səyləri nəticəsində Su-27, Su-30 və MiQ-31 tipli döyüş təyyarələrinin alınmasına dair danışıqlar nəticəsiz qalıb


Azərbaycan və Rusiya arasında döyüş təyyarələrinin satın alınması ilə bağlı aparılan danışıqlara Rusiya aviasiya sənayesinə rəhbərlik edən erməni əsilli şəxslər maneçilik törədiblər. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
 
Azərbaycan tərəfinin əldə etdiyi məlumatlara görə, Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasının, eləcə də MiQ və Suxoy şirkətlərinin rəhbərliyində təmsil olunan erməni əsilli şəxslərin səyləri nəticəsində Rusiya ilə Su-27, Su-30 və MiQ-31 tipli döyüş təyyarələrinin alınmasına dair danışıqlar nəticəsiz qalıb. Rusiya Azərbaycana YaK-130 tipli təlim təyyarələri istisna olunmaqla, döyüş təyyarələri satmaqdan imtina edib.
 
Hazırda Azərbaycan hökuməti aviaparkın yeni döyüş təyyarələri ilə gücləndirilməsi istiqamətində alternativ istiqamətlərdə danışıqlar aparır.


Story Code: 257536

News Link :
https://www.islamtimes.org/az/news/257536/rusiya-azərbaycana-döyüş-təyyarələri-satmaqdan-imtina-edib

Islam Times
  https://www.islamtimes.org