QR CodeQR Code

Parisdə ermənilər “soyqırım” yürüşü keçirdi

25 Apr 2013 11:36

IslamTimes - Fransanın paytaxtı Parisdə yığışan ermınilər “soyqırım” iddialarının 98-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirib.


Fransanın erməni dərnəkləri tərəfindən təşkil edilən tədbir Kamps Elisedəki “tanınmaz əsgər” abidəsinin qarşısına əklilin qoyulması ilə başlanıb. Ermənilərin sözügedən tədbirinə çoxlu sayda Fransa siyasətçisi də qatılıb. Fransa Kürd Dərnəkləri Federasiyasi və Fransa Kiprlilər Dərnəyi adından da həmin heykəlin qarşısına əklil qoyulub.
 
Abidənin qarşısından Parisdəki Türkiyə Turizm Müşavirliyinin qarşısına doğru yürüş edən etirazçılar daha sonra heç bir qarşıdurmaya getmədən dağılışıb.
 
/Deyerler/


Story Code: 257806

News Link :
https://www.islamtimes.org/az/news/257806/parisdə-ermənilər-soyqırım-yürüşü-keçirdi

Islam Times
  https://www.islamtimes.org