0
Thursday 25 April 2013 - 12:16

Zərdüşt Əlizadə: “Prezident seçkilərinin təxirə salınacağı fikri məndə dərin şübhə oyadır”

Story Code : 257831
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Bu gün ölkənin tanınmış politoloqlarından biri prezident seçkilərinin təxirə salına biləcəyi fikrini irəli sürüb. Onun fikrincə seçkiöncəsi elə hadisələr cərəyan edə bilər ki, Azərbaycanda proseslər idarədən çıxa və hakimiyyət fövqəladə vəziyyət elan etmək məcburiyyətində qala bilər. İP və “El” hərəkatına yaxınlığı ilə tanınan ekspert düşünür ki, bu səbəbdən də qarşıdakı seçkilər təxirə salına bilər. Politoloq onu da vurğulayıb ki, Azərbaycanda ABŞ, Qərb və Rusiyanın dəstəyi olmadan prezidet olmaq mümkün deyil.

Sözügedən açıqlamalara ASDP həmsədri, politoloq Zərdüşt Əlizadə Deyerler.org-a münasibət bildirib. “Hazırkı və gələcəkdəki vəziyyəti təhlil etdiyimdən belə bir halın mümkünlüyü məndə böyük sual doğurur. Seçkilərin təxirə salınması fikri məndə dərin şübhə oyadır. Mən əminəm ki, indiyə qədərki məlumatlara əsaslanıb demək olar ki, seçkilər keçiriləcək. Seçki vaxtında bütün tədbirlər vaxtında bitəcək”, - deyə Z.Əlizadə bildirib.
Source : Deyerler
Comment