QR CodeQR Code

Xəbərlər Lavrov: “Moskva Dağlıq Qarabağ probleminin həllində irəliləyiş görmür”

Mediaforum , 25 Apr 2013 13:22

İslamtimes - Proses gedir, irəliləyişin olmaması isə həqiqətdir.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 25-i Moskvada erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ məsələsindən danışıb. “Media forum” saytının məlumatına görə, Lavrov deyib ki, Moskva Dağlıq Qarabağ probleminin həllində tərpəniş görmür: “Hələlik irəliləyiş yoxdur”.

Lavrovun sözləri ilə razılaşan Nalbandyan vəziyyətin daşa dirənmədiyini də vurğulayıb: “Yaxın vaxtlarda xarici işlər nazirlərinin yeni görüşü hazırlanır. Görüş bir neçə gündən sonra – may ayında Krakovada olacaq. Proses gedir, irəliləyişin olmaması isə həqiqətdir. Tərəflərdən biri qeyri-konstruktiv mövqe tutur və praktiki olaraq həmsədrlərdən gələn bütün təklifləri rədd edir”.


Story Code: 257862

News Link :
https://www.islamtimes.org/az/news/257862/xəbərlər-lavrov-moskva-dağlıq-qarabağ-probleminin-həllində-irəliləyiş-görmür

Islam Times
  https://www.islamtimes.org