0
Thursday 25 April 2013 - 13:22

Xəbərlər Lavrov: “Moskva Dağlıq Qarabağ probleminin həllində irəliləyiş görmür”

Story Code : 257862
Xəbərlər Lavrov: “Moskva Dağlıq Qarabağ probleminin həllində irəliləyiş görmür”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 25-i Moskvada erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ məsələsindən danışıb. “Media forum” saytının məlumatına görə, Lavrov deyib ki, Moskva Dağlıq Qarabağ probleminin həllində tərpəniş görmür: “Hələlik irəliləyiş yoxdur”.

Lavrovun sözləri ilə razılaşan Nalbandyan vəziyyətin daşa dirənmədiyini də vurğulayıb: “Yaxın vaxtlarda xarici işlər nazirlərinin yeni görüşü hazırlanır. Görüş bir neçə gündən sonra – may ayında Krakovada olacaq. Proses gedir, irəliləyişin olmaması isə həqiqətdir. Tərəflərdən biri qeyri-konstruktiv mövqe tutur və praktiki olaraq həmsədrlərdən gələn bütün təklifləri rədd edir”.
Source : Mediaforum
Comment