0
Thursday 25 April 2013 - 13:26

Əvəz Zeynallının şikayətinə mayın 1-də baxılacaq

Story Code : 257863
Əvəz Zeynallının şikayətinə mayın 1-də baxılacaq
Əvəz Zeynallının şikayətinə mayın 1-də baxılacaq
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayət üzrə ilkin baxış iclasının vaxtı bilinib. Jurnalistin həyat yoladaşı Məlahət Zeynallı deyib ki, iclas mayın 1-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək.

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi Əvəz Zeynallının 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. 2011-ci il oktyabrın 28-dən həbsdə olan Əvəz Zeynallı külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinib.

Əvəz Zeynallı 1969-cu ildə anadan olub. Ankara Dövlət Universitetini bitirib. “Günaydın”, “P.S.”, “Millətin səsi” qəzetlərinin yazarı, “Vətəndaş həmrəyliyi” qəzetinin baş redaktoru olub. 2002-ci ildə “Xural” qəzetini yaradıb.
Source : Mediaforum
Comment