QR CodeQR Code

Səudiyyəli vəhhabi iraqlı şiə qadın və uşaqların qətlə yetirilməsini əmr edib

Islamtimes , 26 Apr 2013 00:05

İslamtimes - Səudiyyəli vəhhabi din xadimi və Muhəmməd bin Səud adına İslam Universitetinin üzvü Saad əl Durihim əl Qaidə terror qrupuna bağlı olan İraqi Mucahidin qruplaşmasına müraciət edərək İraq xalqı arasında daha çox qorxu və terror yaratmaq üçün şiə qadın və uşaqları qətlə yetirməyi əmr edib.


islamtimes.org/az/ - Saad əl Durihim öz Tvitter hesabında Mucahidin qrupuna çağırış edərək daha çox insanı qorxutmaq üçün qətl və qəddarlığı artırmağa səsləyib.

Səudiyyəli vəhhabi din xadiminin bu açıqlamasından sonra ona qarşı xeyli tənqidlər olmuş və hətta onu cinayətkar da adlandırmışdılar.

Bu ekstremist və məzhəbi ayrıseçkilik çağırışlarına cavab olaraq əl Mədinə qəzetinin yazarı deyib ki, Allahı şahid tuturam ki, həqiqətdə İslamı təhqir edənlər nə xristina, nə Yəhudi, nə də ki, Zərdüşlərdir, əksinə insanları qətl və qan tökməyə dəvət edən müsəlman ekstremistlərdir.

Akkaz qəzetinin yazarı Abdullah bin Baxit isə əl Durihimi tənqid edərək deyib: “Nə vaxta qədər ki, bu şəxs mühakimə olunmadan azad şəkildə hərəkət edir, onda biz terroristlərin Səudiyyə Ərəbistanında olmalarından təəccüblənməməliyik.”

Səudiyyəli yazıçı Muhəmməd əl Ömər isə öz Tvitter səhifəsində yazaraq deyib ki, təkfirçi Saad əl Durihim şiə qadın və uşaqları qətlə yetirməyi əmr edib, ancaq biz bu cür halları heç vaxt Muhəmməd Peyğəmbərin təlimlərində müşahidə etməmişik.


Story Code: 258024

News Link :
https://www.islamtimes.org/az/news/258024/səudiyyəli-vəhhabi-iraqlı-şiə-qadın-və-uşaqların-qətlə-yetirilməsini-əmr-edib

Islam Times
  https://www.islamtimes.org