0
Friday 26 April 2013 - 00:16

Nüvə silahına sahib olan İsrail Yaxın Şərq üçün təhlükə mənbəyidir

Story Code : 258027
Nüvə silahına sahib olan İsrail Yaxın Şərq üçün təhlükə mənbəyidir
Nüvə silahına sahib olan İsrail Yaxın Şərq üçün təhlükə mənbəyidir
Islam times.org/az/ - Yaxın Şərqdə vəziyyət mövzusunda BMT Təhlükəsizlik Şurasında çıxış edən Muhəmməd Xəzai deyib ki, İsrail Yaxın Şərqdə təhlükə və münaqişə mənbəyidir və o nüvə silahına sahib olmaqla beynəlxalq qanunları pozmağa davam edir.

O əlavə edərək deyib ki, İran rəsmi şəkildə bəyan edərək bildirib ki, İslam Respublikası BMT üzvünə qarşı təhlükə və təcavüzü qadağan edən BMT qanunlarına sadiq qalır və ona hörmətlə yanaşır.

İranlı nümayəndə deyib ki, yüzlərlə nüvə silahı başlığına sahib olan və tarixi terror fəaliyyətləri ilə dolu olan İsrail rejimi BMT qanunlarına riayət edərək digər ölkələri təhdid etməkdən və təcavüz etməkdən əl çəkməlidir.

İranlı nümayəndənin bu açıqlaması İsrailin BMT-dəki nümayəndəsinin İran haqqında əsassız iddialar etməsində sonra gəldi.

Fələstindəki vəziyyətə gəlincə isə Qoşulmayanlar Hərəkatı adından danışan Xəzai deyib ki, hərəkat Sionist rejiminin fələstinlilərə qarşı qəddarlıq və təcavüzündən çox narahatdır və Tel Əvivin davam edən məskunlaşma siyasətini pisləyir.

Xəzai deyib ki, BMT Təhlükəsizlik Şurası İsrailə qeyri qanuni fəaliyyətə son qoymaq və beynəlxalq öhdəliklərə riayət etmək üçün açıq mesaj göndərməlidir.

Suriyadakı vəziyyətə gəlincə isə Xəzai deyib ki, İran Suriyaya qarşı hər hansı bir hərbi müdaxiləyə qarşı çıxır və bu ölkədəki vəziyyəti daha da pisləşdirməklə yanaşı regionda qeyri stabillik yarada bilər. O deyib ki, Suriya münaqişəsinin yeganə həll yolu siyasi danışıqların başlaması və ölkədəki münaqişəyə son qoymaqdır.
Source : Islamtimes
Comment