0
Friday 26 April 2013 - 18:47

Misir təhlükəsizlik qüvvələri İsrailə işləyən cəsus şəbəkəsini ələ keçirib

Story Code : 258190
Misir təhlükəsizlik qüvvələri İsrailə işləyən cəsus şəbəkəsini ələ keçirib
Misir təhlükəsizlik qüvvələri İsrailə işləyən cəsus şəbəkəsini ələ keçirib
Islam times.org/az/ - Mənbənin bildirdiyinə əsasən cəsus şəbəkəsi Sinai yarımadasının şimalında yaşayan misirli və xairici vətəndaşlar ibarət olub.

Əsəs şübhəli bilinən misirli cəsus bədəvi tayfasından olub. Onun etirafları digər səkkiz cəsusun ələ keçirilməsinə kömək edib.

Təhlükəsizlik qüvvələri élan edərək bildirib ki, onlar dörd aydır ki, əsas şübhəlinin cəsus fəaliyyətlərindən agah idilər və onun telefon danışıqları və hərəkətləri nəzarət altında idi.

Bütün vaxt ərzində şübhəli tez-tez Sinai və Qahirə arasında get-gəl edirdi. Çox güman ki, o İsrailə yarımadadakı ordu və polis nəzarət məntəqələri və digər təhlükəsizlik məlumatları ötürürdü.

İsrail rejimi məsələyə aydınlıq gətirməkdən boyun qaçırmışdır. Son bir neçə il ərzində Misirdə cəsus şəbəkələrinin və İsrail əməliyyatçılarının həbsi xeyli artmışdır. Bir çox israillilər cəsusluqda ittiham olunaraq Misirdə ömürlük həbs cəzası çəkirlər.

Sonuncu bu cür hal Misir İnqilabı zamanı tutulmuş və daha sonra İsrail həbsxanalarında olan 25 misirli ilə dəyişdirilən ABŞ vətəndaşı İan Garpel olmuşdur.
Source : Islamtimes
Comment