0
Friday 26 April 2013 - 19:50

Xalqın tolerantlığından hakimiyyətə nə!?

Story Code : 258212
Xalqın tolerantlığından hakimiyyətə nə!?
Xalqın tolerantlığından hakimiyyətə nə!?
“Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir”, “Azərbaycan dini tolerantlığa görə dünya ölkələrinə örnəkdir” və.s kimi sözlər daima ölkə rəsmiləri tərəfindən səsləndirilir. Bəli Azərbaycan xalqı digər dinlərə qarşı daima tolerantlıq göstərib və neçə yüz illərdir ki, mehriban və səmimi münasibətlər şəraitində onlarla bir yerdə yaşayır.

Lakin maraqlı olan və sual doğuran Azərbaycan hökumətinin tolerant olması ilə bağlıdır. Belə ki, Azərbaycan hökumətini xalqımız kimi tolerant hesab edə bilərikmi? FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən DEVAMM sədri İlqar İbrahimoğlu diqqət çəkən məqamlara toxundu. Müsahib qeyd etdi ki, həqiqətən də, xalqımızın tolerantlıq səviyyəsi dünyanın bir çox ölkələri üçün örnək ola bilər:

“Tarixən Vətənimizdə onlarla millətin, neçə-neçə dini konfessiyanın nümayəndəsi yaşayıb və yaşayır. Bu tolerantlıq, bir çox yerlərdə olduğu kimi, deklarativ və ötəri səciyyə daşımır. Əslində, Azərbaycandakı kimi, titul millətin bu dərəcədə həssas və diqqətli olduğu belə toplumu digər yerlərdə nadir halda tapmaq olar. Təbii ki, xalqın bu mental tolerantlığı, məmuriyyətdə təmsil olunan nümayəndələrin ən azı zahirdə sözügedən dəyərlərə sadiqliyi bəyan etməsinə təsir edir. Yəni, tolerant toplumun təmsilçiliyinə iddialı yetkililərin, buna diametral zidd davranış sərgiləməsi çox yersiz olardı. İllah ki, dünyada zahiri tolerantlığın dəbdə olduğu bir dönəmdə və vəziyyətdə.”

DEVAMM sədri onu qeyd etdi ki, bundan əlavə, tolerantlıq atmosferi – hansı ki, məişət səviyyəsində belə, güclü dayaq nöqtələri olan bir hal olaraq, hakim elitaya bunu öz aktivinə yazıb, bundan müəyyən dividentlər əldə etməyə imkan verir: “Təəssüf ki, əhalinin çoxluğu məmuriyyətin bu tolerant mövqe sərgiləməsindən heç bir şey əldə etmir. İnsanların əksəriyyəti seçki hüququndan tutmuş, iqtisadi, sosial, mədəni, dini etiqad, sərbəst toplaşmaq, ittifaqlara birləşmək, ədalətli mühakimə, şəxsiyyətin toxunulmazlığı, əmlak və digər hüquq və azadlıqlaradək faktiki olaraq, bunların heç birindən yararlanmır.

Hüquq müdafiəçisi sonda qeyd etdi ki, müstəqilliyimizin əldə edilməsindən 22 il keçsə də insan hüquq və azadlıqları, milli-mənəvi dəyərlərin prioritet rolu baxımından vəziyyət sovet dönəmindən çox az fərqlənir: “Durumun bu yerdə olmasından, o cümlədən, vətəndaş cəmiyyəti qurumları arasında yetərli inteqrasiyanın olmamasının, sistemli və ardıcıl işin aparılmamasının da payına düşür.”
Source : Deyerler
Comment