0
Friday 26 April 2013 - 22:48

Qətlə yetrilən əsgəri dəfn etməyə qoymurlar: Kənddə qarşıdurma

Story Code : 258266
Qətlə yetrilən əsgəri dəfn etməyə qoymurlar: Kənddə qarşıdurma
Qətlə yetrilən əsgəri dəfn etməyə qoymurlar: Kənddə qarşıdurma
Avropa.info-nun əldə etdiyi məumata görə, buna qətli araşdıran hüquq mühafizə orqanları icazə vermirlər. Aldığımız məlumata görə, hazırda məhumun valideyinlərinin yaşadığı Göygöl rayon Toğana kəndinin sakinləri ilə hüquq mühafizə orqanları arasında qarşıdurma yaranıb. Yas yerinə axışıb gələn kənd sakinləri mərhumun dəfn olunmasını tələb edirlər. Hələlik kənd mərhumun dəfn olunub-olunmamayacağı ilə bağlı dəqiq xəbərlər yoxdur.

Xatırladaq ki, aprelin 25-də Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri 18 yaşlı Xəyyam Asif oğlu Bayramov əsgər yoldaşı, 19 yaşlı Kamran Firdovsi oğlu Məmmədovu bıçaqlayıb. K. Məmmədov aldığı xəsarətdən dünyasını dəyişib. (musavat.com)
Source : Musavat
Comment