QR CodeQR Code

Əfqanıstanda qəza nəticəsində ölənlərin sayı 45-ə çatıb

27 Apr 2013 07:21

IslamTimes - Əfqanıstanda neftdaşıyanla avtobusun toqquşması nəticəsində həlak olanların sayı 45-ə çatıb.


APA-nın məlumatına görə, 10-dək insan yaralanıb.
 
Xatırladaq ki, qəza Kabil-Qəndəhar magistralında Mayvənd rayonunda baş verib. Həlak olanlar arasında qadınlar və uşaqlar var. Cəsədlərin çoxu möhkəm yandığından həlak olanların yarıdan çoxunun kimliyini təyin etmək mümkün deyil.
 
Rəsmilər neftdaşıyana taliblərin hücum etdiyini bildiriblər. Taliblər yanan neftdaşıyanı yolun ortasına atdıqları üçün avtobus da onunla toqquşub.


Story Code: 258334

News Link :
https://www.islamtimes.org/az/news/258334/əfqanıstanda-qəza-nəticəsində-ölənlərin-sayı-45-ə-çatıb

Islam Times
  https://www.islamtimes.org